“Bakıda təşkil olunan COP29 konfransından gözləntilərimiz çoxdur. Ümid edirəm, hər kəs üçün faydalı olacaq".
Bu sözləri Bizim.Media-ya açıqlamasında COP29-da iştirak etmək üçün Yaponiyadan gələn müşahidəçi Tatsuya Ogavara deyib. Azərbaycana ilk dəfədir səfər etdiyini deyən yaponiyalı müşahidəçi Bakını çox gəzmək üçün hələ vaxtı olmadığını bildirib:
“Ümid edirəm gözəl şəhərinizi gəzmək üçün fürsətim olacaq. Amma yeməklərinizdən yemişəm. Bizim yeməklərlə sizin mətbəx arasında yerlə göy qədər fərq var. Amma buna baxmayaraq, yeməklərinizi çox sevdim, ən çox da qutabı...”
Qeyd edək ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günü davam edir.
Nuray, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta