AZ

Dövlət qurumu sabaha tam hazırdır- AÇIQLAMA

Sabahdan Azərbaycanda istilik mövsümü başlayır.

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixində qəbul edilmiş istilik enerjisindən istifadə qaydalarına əsasən istilik mövsümü aprelin 15-də yekunlaşacaq. 14 dağlıq və dağətəyi rayonlarında isə istilik mövsümü noyabr və may ayının 1-i tarixlərini əhatə edəcək.

"Cebheinfo.az" yeni mövsümə hazırlıq ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı ilə əlaqə saxlayıb.

Elvin Basqallı açıqlamasında bildirib ki, bütün qazanxanalar və istilik məntəqələri istilik mövsümünə tam hazırdır:

“Azəristiliktəchizat” ASC-nin balansında 557 qazanxana və 88 istilik məntəqəsi var. Noyabrın 1-də 9 dağlıq və dağətəyi rayonda 39 qazanxana və 1 istilik məntəqəsi işə salınıb. Qeyd etmək istəyirəm ki, 5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi istilik enerjisindən istifadə qaydalarına əsasən Azərbaycanın 14 dağlıq və dağətəyi rayon və şəhərində istilik mövsümü noyabrın 1-də başlayır.

Həmin 14 rayon və şəhərin 9-da Şuşada, Qəbələdə, Qusarda, Şamaxıda, Lerikdə “Azəristiliktəchizat” ASC-nin qazanxanaları artıq işə salınıb və oradakı yaşayış və qeyri yaşayış binaları istiliklə təmin olunub".

Ümumilikdə, 184500-dən çox mənzil, 449 təhsil müəssisəsi, 152 səhiyyə müəəssisəsi, 2200-dən çox təsərrüfat və sosial obyektlər istiliklə təmin ediləcək. 9000 metrdən çox magistral və məhəllə daxili xətlər yenilənib və yoxlanılıb:

"Harada problemlər varsa, aradan qaldırılıb. Təbii ki, iş olan yerdə problem də ola bilər. Əgər kimsə problemlə üzləşsə, “012 956” və ya “956” çağrı mərkəzinə günün 24 saatı müraciət edə bilər”.

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Seçilən
51
cebheinfo.az

1Mənbələr