Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bir sıra mühüm tədbirlər və müzakirələr keçirilir. Qlobal iqlim böhranına dair fikir mübadilələri və yeni təşəbbüslər diqqət mərkəzindədir.
QHT.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumu tərəfindən təşkil olunan “COP İrsi: İqlim Maliyyəsi ilə Bağlı Vətəndaş Cəmiyyəti Müzakirəsi” adlı tədbir də bu mühüm sessiyanın bir hissəsidir. Bu tədbirdə iqlim maliyyəsinin vətəndaş cəmiyyətinə daha əlçatan edilməsi, iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin artırılması kimi məsələlər müzakirə olunur.
Müzakirələr zamanı iştirakçılar, iqlim maliyyəsinin düzgün bölüşdürülməsi və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi üçün konkret addımlar barədə fikir mübadiləsi aparırlar.