AZ

Koul Palmer: “İngiltərə yığmasında mənə xoşagəlməz idi”

“Çelsi”nin ingilis hücumameylli yarımmüdafiəçisi Koul Palmer 2024-cü ildə keçirilmiş Avropa çempionatındakı çıxışını xatırlayıb.

Arena.az “British GQ” dərgisinə istinadən məlumat verir ki, ingilis futbolçu yarış müddətində yığma komandanın düşərgəsində ona xoşagəlməz olduğunu etiraf edib.

Palmer bunun səbəbini də açıqlayıb: “Düzünü desəm, İngiltərə yığmasında xoşagəlməz idi. Oradakı futbolçuların pis olduğunu demək istəmirəm. Ancaq mövsüm yenicə başa çatmışdı, malik olduğum idman forması və etdiyim hər xüsus isə özünü hiss etdirirdi…

Ona görə də mən ilk iki oyunda, komandanın hətta çətinliklər yaşadığı vaxt da oynamadım”, deyə Palmer xatırlayıb.

Xatırldaq ki, İngiltərə yığması AÇ-2024-ün finalına yüksələ bilmiş və burada İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olaraq, ardıcıl ikinci dəfə Avropa çempionatının gümüş medalı ilə kifayətlənməli olmuşdu; 2021-ci ildə İngiltərə yığması ev sahibi olduğu AÇ-2020-nin finalında İtaliya yğmasına məğlub olmuşdu (1:1, penaltilərlə 2:3).

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.
PalmerinLondon təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Palmer “Çelsi”nin heyətində ümumilikdə 58 oyun keçirib, 32 qol vurub, 20 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
35
arena.az

1Mənbələr