Bakı. Trend:
Danışıqların istənilən platformada aparılmasından asılıolmayaraq, Ermənistan yenə də qeyri-konstruktiv mövqeyindən əlçəkmir və Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır. Qərbvə Avropa dairələrninin diktəsi ilə hərəkət edən Ermənistanrəhbərliyi Azərbaycanın haqlı tələblərini qəbul etmədikcə, bölgədədayanıqlı, ədalətli və uzunmüddətli sülhdən danışmaq çoxçətindir.
Trend xəbər verir ki, bufikirləri ARB24 kanalına müsahibəsində Trend BİA-nın direktormüavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
O qeyd edib ki, ilk növbədə Ermənistan Azərbaycana qarşı əraziiddialarından əl çəkməli və bununla bağlı konstitusiyada dəyişikliketməlidir:
"Amma təəssüf ki, biz bunun şahidi olmuruq. Ermənistan xaricihavadarlarından güc alaraq, bölgəmizdə yeni gərginlik yaradır vəsülhə gəlmək istəmir. Paralel olaraq, COP29 tədbirində iştiraketməməklə böyük şans qaçıran rəsmi İrəvan yenə öz siyasimahiyyətini bütün dünyaya nümayiş etdirir.
Ermənistan uzun illər Azərbaycan ərazilərini işğalda saxlamaqlayanaşı, ekoloji terror həyata keçirib. Meşələrimiz məhv edilib,çaylarımız ağır zəhərli maddələrlə çirkləndirilib.
Ermənistan bununla ekoloji fəlakətlərə yol açıb. Belə birölkənin iqlim problemlərinə həsr olunan beynəlxalq tədbirdə iştiraketməməsi, əslində, başadüşüləndir. Çünki real mənzərəortadadır".