AZ

İranlı jurnalist repressiyalara etiraz olaraq intihar etdi

İranlı ictimai fəal, jurnalist və keçmiş siyasi məhbus Kiyanuş Səncəri İran hökumətinin fəallara qarşı repressiyalarına etiraz olaraq həyatına son qoyub.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, o, intihardan bir neçə saat əvvəl özünün "X" hesabında paylaşım edib

"Çərşənbə günü axşama qədər siyasi məhbuslar Fatimə Sepehri, Nəsrin Şakərəmi, Tumac Salehi və Arşam Rzayi sərbəst buraxılmasalar, Əli Xamenei və müttəfiqlərinin diktaturasına etiraz əlaməti olaraq həyatıma son qoyacağam", - deyə o, mesajında bildirib.

Qeyd edilib ki, Səncəri ilk dəfə 2000-ci ildə, 17 yaşında etiraz aksiyasında iştirak etdiyinə görə həbs olunub. Bundan sonra da "dövlət quruluşuna qarşı təbliğat aparmaq", "milli təhlükəsizliyə zərbə vurmaq", "tələbə hərəkatına üzv olmaq" və başqa ittihamlarla doqquz dəfə həbs edilib.

O, təzyiqlərə görə 2008-ci ilin yayında ölkəni tərk edib və 8 il ABŞ-də yaşayıb. Səncəri 2016-cı ilin oktyabrında İrana geri qayıdıb.

Mənbə: oxu.az

Seçilən
20
oxu.az

1Mənbələr