AZ

Fazil Mustafadan sərt ittiham: "Yeni erməniçilik dalğası!"


News365.az  xəbər verir ki, Millət vəkili Fazil Mustafa, özünün rəsmi Facebook səhifəsində bir paylaşım edərək Meydan TV və Toplum TV-ni Azərbaycan dövlətinə qarşı layihələr icra etməkdə və sosial narazılıqlar üzərindən etimadsızlıq yaratmaqda ittiham edib.

Fazil Mustafa qeyd edib ki, bu platformaların strategiyası Azərbaycan adına görülən işləri hədəf almaq və cəmiyyətin müəyyən təbəqələrində ölkəyə qarşı mənfi fikirlər formalaşdırmaqdır. Onun sözlərinə görə, Ronaldinyonun Azərbaycana səfəri ilə bağlı müsbət rəylərin yayılması fonunda Meydan TV və Toplum TV-də bu mövzu məqsədyönlü şəkildə müzakirəyə çıxarılıb, ölkəyə qarşı yönəlmiş neqativ rəylərə şərait yaradılıb.

Millət vəkili vurğulayıb ki, iş adamlarından biri şəxsi dostluğu sayəsində Ronaldinyonu öz hesabına Bakıya dəvət edib və bu səfərin COP-29 zamanı ölkənin turizm potensialına müsbət təsir göstərəcəyi bildirilib. Bu addımın əhəmiyyətinə diqqət çəkən Fazil Mustafa, dövlətini sevən bir Azərbaycanlının belə bir təşəbbüsə niyə etiraz etməli olduğunu sorğulayıb.

Fazil Mustafa paylaşımında həmçinin bəzi şəxslərin Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsinə qarşı da mənfi münasibət göstərdiyini bildirib. O, Ronaldinyonun və digər məşhur simaların ölkəyə gəlməsini dəstəkləyənlərin Azərbaycan dövlətinin tanıtımına töhfə verdiklərini qeyd edib və bu kimi təşəbbüsləri yalnız "erməniçi və irançı" olanların tənqid edə biləcəyini vurğulayıb.

News365.az həmin paylaşımı təqdim edir:


Seçilən
12
news365.az

1Mənbələr