AZ

Süni intellektlə təyyarələrin turbulentə düşməsinin qarşısı alınacaq

Alimlər süni intellektlə təyyarələrin turbulentliyinin qarşısını alacaqlarını açıqlayıblar. Sistem tezliklə təyyarələrə əlavə olunacaq.

Turkustan.az xəbər verir ki, alimlər hava səyahəti zamanı sərnişinləri sarsıdan və qorxudan turbulentlik probleminə həll tapdıqlarını açıqladılar.

Kaliforniya Texnologiya Universitetinin tədqiqatçıları süni intellekt sistemini təyyarənin idarə edilməsinə daxil edəcəklərini açıqlayıblar.

Qeyd edilib ki, yeni sistemdə süni intellekt pilotdan əvvəl hava təzyiqi, temperatur və sürət kimi məlumatları hesablayacaq və mümkün turbulentliyə qarşı təyyarənin mövqeyini millisaniyələr ərzində tənzimləyəcək.

90 faiz dəqiqliyi təmin edən sistemin tezliklə təyyarələrə əlavə ediləcəyi bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
70
6
turkustan.az

7Mənbələr