AZ

Duz nə ilə zərərlidir?

Artıq duz ürək və mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Yekaterina Kazaçkova danışıb.

O xəbərdarlıq edib ki, orqanizmdə duzun çox olması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

“Vücudumuz mürəkkəb bir sistemdir və hər bir orqan artıq duza fərqli reaksiya verir. Böyrəklər, ürək, qan damarları, mədə-bağırsaq traktının orqanları – onların hamısı bu məhsulun həddindən artıq istehlakı ilə əlavə stress yaşayırlar”, – deyə o bildirib.

Onun sözlərinə görə, həddindən artıq duz ilə böyrəklər artan yüklə işləməli olur ki, bu da daşların meydana gəlməsinə və digər xəstəliklərin inkişafına səbəb ola bilər.

Kazaçkova qeyd edib ki, duzlu qidaların həddindən artıq istehlakı qan təzyiqini artıra bilər ki, bu da infarkt və insult riskini artırır. Həddindən artıq duz turşuluğun artması, qastrit və xoralar kimi ağırlaşmalar mümkündür.

Həkim xatırladıb ki, duz orqanizmdə vacib biokimyəvi proseslər üçün lazımdır və Ümumdünya Səhiyyə Təşkilatı gündə beş qramdan çox olmayan – təxminən bir çay qaşığı duz istehlak etməyi tövsiyə edir.

Seçilən
46
40
medianews.az

10Mənbələr