AZ

Əziz Ələkbərli: “Cənab Prezident Fransa və Niderland kimi ölkələrin COP29-u boykota çağırışının əsas səbəbini dünyaya elan etdi”



Bu gün dünyanı narahat edən ən mühüm problemlərdən biri planetimizdə baş verən iqlim dəyişmələri və onların fəsadlarıdır. Qəbul edilən fikir odur ki, istixana qazları qlobal istiləşmənin əsas səbəbidir.
Atmosferdə baş verən dəyişikliklər insanın təsiri olmazsa, heç bir təhlükə yaratmır. Təhlükəli olan isə insanın sayəsində baş verən dəyişikliklərdir ki, onu durdurmaq çox çətindir. Buna baxmayaraq, böyük dövlətlər və BMT təbiətin qorunmasını maksimum təmin edə bilmək üçün müxtəlif beynəlxalq sənədlər imzalayıblar. Kioto protokolu, Paris anlaşması bunlara misal ola bilər. Lakin atmosferə zərərli maddələrin daha çox atılması da məhz dediyimiz böyük və inkişaf etmiş dövlətlər tərəfindən olur. Bunun əziyətini çəkən isə ilk növbədə kiçik dövlətlər, o cümlədən ada dövlətləri olur.
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diqqəti bu məsələyə yönəldərək indiki acınacaqlı durumun yaranmasında bilavasitə təqsirkar olan Fransa və Niderland kimi inkişaf etmiş dövlətlərin həyata keçiridiyi siyasətin bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu diqqətə çatdırdı.

Bu sözləri aia.az-a açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləmişdir.


Millət vəkili bildirib ki, “həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfəri çərçivəsində qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunurdu. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzalayıb. Bu da onu göstərir ki, Avropa Birliyinin bu gün ittiham etdiyi Azərbaycan həmin ölkələrə əl uzadır, onların üzləşdiyi problemlərin həlli üçün hər cür dəstək verir. “



Müsahibimiz bildirib ki, “ölkəmizin başçısı öz çıxışında qeyd edib ki, bugünkü iqlim dəyişmələrində neokolonializmin kifayət qədər payı var. Dünyaya dərs vermək iddiasında olan Fransanın həyata keçirdiyi bu siyasət onun “dəniz əraziləri”ndə özünü qabarıq şəkildə göstərməkdədir: “1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır, 1700 insan həbs edilmişdir.”
Əziz Ələkbərli sonda qeyd etmişdir: “Dərd burasındadır ki, Fransa, eləcə də digər müstəmələkəçi ölkələr bu gün Azərbaycanı iqlim dəyişmələrində, insan haqlarını pozmaqda ittiham edir, COP29 kimi mühüm beynəlxalq tədbiri boykota çağırır. İndi isə cənab İlham Əliyev bu çağırışların əsas qayəsini dünyaya elan etmiş oldu. Bir sözlə, Fransa, Niderland və digər müstəmləkəçi ölkələrin boykot çağırışının arxasında onların COP29-da bu cür həqiqətlərlə üzləşmək qorxusu durur. Cənab İlham Əliyevin söylədiyi “Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır” fikrinin Sammit iştirakçıları tərəfindən alqışlanması göstərir ki, Avropanın bu cür siyasi təsisatları artıq özünün çürümə dövrünü yaşayır və Avropa demokratiyasının iç üzü hamıya məlum olmağa başlayıb.”




Seçilən
22
aia.az

1Mənbələr