AZ

Rusiyada evlənən daha bir azərbaycanlı məhkəməlik oldu

Azərbaycanlı miqrantın Rusiyanın Novosibirsk vilayətində nikahı etibarsız sayılıb.

Lent.az bildirir ki, 59 yaşlı kişi Rusiyada yaşayış və işləmək icazəsi almaq üçün 55 yaşlı sibirli qadınla uydurma nikah bağlamaq qərarına gəlib. Nikah dələduzluğu Bolotninski Rayon Prokurorluğu tərəfindən miqrasiya qanunvericiliyinə əməl olunmasının auditi zamanı aşkar edilib.

“Prokurorun iddiasına görə, Rusiya Federasiyası vətəndaşı ilə Azərbaycan vətəndaşı arasında bağlanan nikah uydurma kimi tanınıb. Həmin şəxslərin ailə qurmaq niyyəti olmayıb”, – deyə nəzarət qurumu bildirib.

Məhkəmə qərarı nikah şəhadətnaməsində onun etibarsızlığı haqqında qeydin edilməsi və əcnəbinin Rusiya Federasiyasının ərazisində müvəqqəti qalma icazəsinin ləğvi üçün əsasdır.

Seçilən
19
5
medianews.az

6Mənbələr