Əməkdar artist İlkin Əhmədova “7 Tamam” proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumatla yaranan qalmaqal hələ yaddaşlardadır.
“Həmin Zaur” verilişində qonaq olan sənətçi bunu edənlərin artıq cəzalandırıldığını açıqlayıb: “Bu məsələ artıq bitdi. Bunu edənlər cəzalarını aldı. Sürprizi xoşlayıram, amma evdə və ya dostlarımın əhatəsində. Lakin xəbərim olmadan TV-də və yersiz sürprizləri təkcə mən yox, mənəviyyatı və ləyaqəti olan heç kim xoşlamaz”./axşam.az