AZ

Fransa - İsrail oyununun keçiriləcəyi stadion dəmir barmaqlıqlarla hasarlandı

style='margin-bottom:10px;'>

Millətlər Liqasının 5-ci turunun Fransa - İsrail oyunu öncəsi “Stad de Frans” stadionunda təhlükəsizlik tədbirləri gücləndirilib.

QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Azarkeşlərin meydana daxil olmaması və iğtişaş yaratmaması üçün stadionun meydançası dəmir barmaqlıqlarla hasarlanıb. 

Fransa - İsrail oyunu bu gün keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək. 80 mindən çox tamaşaçı tutumuna malik "Stade de Frans" stadionuna cəmi 20 min azarkeş buaxılacaq.

Seçilən
12
teleqraf.com

1Mənbələr