AZ

AİB inkişaf etməkdə olan ölkələrin maliyyə sisteminin inkişafında və möhkəmləndirilməsində səylərini artırır - Vitse-prezident

Bakı. Trend:

AİB inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinədavamlı və iqlim çağırışlarına cavab verə bilən maliyyəsistemlərinin inkişafı və gücləndirilməsi istiqamətində hədəfli vəixtisaslaşmış səylərini artırır.

Trend xəbər verir ki, bunuAsiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrəvitse-prezidenti İnmin Yanq (Yingming Yang) (Ambroise Fayolle)“Qlobal maliyyə sistemi: iqlim fəaliyyətinin maliyyələşdirilməsiningenişləndirilməsi” mövzusunda panel müzakirəsi zamanı bildirib.

“AİB inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinədayanıqlı maliyyə sistemlərinin inkişafı və gücləndirilməsi üçünhədəfli və ixtisaslaşmış səylərini artırır. Biz müştəri banklarıiqlim maliyyələşdirmə sistemlərini tətbiq etmək vəinstitusionallaşdırmaq üçün ənənəvi kreditlərdən istifadə edərək,iqlim layihələrinin kreditləşdirilməsini artırırıq. Həmçinin,ölkələrə iqlim maliyyələşdirilməsi üçün hərtərəfli çərçivəyaratmağa kömək etmək məqsədilə siyasətə əsaslanan kreditlərdən dəaktiv şəkildə istifadə edirik”, – deyə o bildirib.

İ.Yanqın sözlərinə görə, AİB, həmçinin, ən yaxşı təcrübələrigenişləndirmək üçün regional yanaşmadan istifadə edir.

“Bu yaxınlarda biz iqlim və təbii fəlakət riskləri mövzusundaforum keçirdik ki, burada siyasətçilər, tənzimləyicilər və praktikimütəxəssislər iqlim sığortası kimi iqlim dəyişikliyi problemlərininhəlli üçün maliyyə və sığorta bazarlarının genişləndirilməsi barədəideya və təcrübə mübadiləsi apardılar.

Maliyyə institutlarının və siyasət dəyişikliklərinin nisbiəhəmiyyəti ilə bağlı olaraq, hər bir ölkənin xüsusiyyətlərinə uyğunyanaşmanın, siyasət və maliyyə institutlarının dəyişdirilməsi vəprioritetləşdirilməsi üçün əsas olduğunu düşünürəm. Bu aspektlərdaxili potensial, makroiqtisadi vəziyyət və ölkənin inkişafsəviyyəsi kimi amillər siyasət dəyişikliyinin və maliyyəinnovasiyalarının həyata keçirilmə imkanlarını və prioritetlərinimüəyyən edir. Buna görə də AİB-də biz bu boşluqları aradanqaldırmaq üçün potensialın inkişaf etdirilməsinə kömək etməyəçalışırıq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr