AZ

Əli Əsədov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baş naziri Əli Əsədov noyabrın 14-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası - COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.
Neft ixrac edən ölkə olmasına baxmayaraq, Azərbaycanın hələ COP29 sədrliyindən çox əvvəl yaşıl keçidi prioritet sahə elan etdiyi, iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması ilə bağlı məsələlər müzakirə olunub.
Seçilən
66
25
oxu.az

10Mənbələr