Şri-Lankada keçirilən növbədənkənar parlament seçkiləri üçün səsvermə başlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 8 mindən çox namizədin parlamentdəki 225 yer uğrunda mübarizə apardığı seçkilərdə 17 milyondan çox insan səsvermə hüququndan istifadə edəcək.
Yerli vaxtla saat 07:00-da ölkə üzrə yaradılmış 13400-dən çox seçki qutusu açılıb.
Parlament üzvlərinin müəyyənləşdiyi seçkilərdə 113 yer çoxluğu qazanan partiya hökumətini qura biləcək.
Cəmalə