AZ

Dünya Bankı iqlim maliyyəsi üçün 150 milyard dollar ayıracaq

Dünya Bankı növbəti 10 il ərzində iqlim layihələrini dəstəkləmək üçün 150 milyard ABŞ dolları ayırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu bankın dayanıqlı inkişaf üzrə vitse-prezidenti Yurgen Fögele Bakıda keçirilən COP29 çərçivəsində "Qlobal Maliyyə Sistemi: İqlim Fəaliyyətinin Maliyyələşdirilməsinin Genişləndirilməsi" adlı tədbirdə deyib.

O qeyd edib ki, inkişaf etməkdə olan ölkələr karbon emissiyalarını azaltmaq və iqlim risklərinə uyğunlaşmaq üçün 2030-cu ilə qədər hər il 2,4 trilyon dollara ehtiyac duyurlar.

Fögele bildirib ki, keçən il bank inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsi üçün 43 milyard dollar ayırıb ki, bu da analoji fondlar arasında ən böyük dəstəklərdən biridir.

Onun sözlərinə görə, bank ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə fəlakətlərlə üzləşdikdə kömək etmək üçün iqlimə davamlı borc müddəaları kimi yeni alətlər hazırlayıb.

Vitse-prezident əlavə edib ki, “14 ölkə artıq belə sazişlər bağlayıb ki, bu da onlara zərurət yaranarsa borc ödənişlərini təxirə salmağa və ya azaltmağa imkan verir ki, bu da bərpanı xeyli asanlaşdırır”.

Seçilən
57
50
oxumeni.az

10Mənbələr