AZ

13 turun “ən”ləri

Azərbaycan Premyer Liqasında 13 tur geridə qalıb.

FutbolPress“in məlumatına görə, bütün turlarda start heyətdə yer alan və sona qədər oynayan 7 futbolçu var.

Bunlar “Neftçi”dən qapıçı Rza Cəfərov, “Sumqayıt”ın qolkiperi Mehdi Cənnətov, müdafiəçilər Elvin Bədəlov, Murad Xaçayev, “Turan Tovuz”dan Emmanuel Hakman, “Araz-Naxçıvan”dan İqor Ribeyro və “Səbail”dən Hüseynəli Quliyevdir. Adıçəkilən oyunçular 13 turda ən çox oyun keçirənlərdir.

Bu mövsüm Premyer Liqada meydana çıxan ən gənc oyunçu isə Sadiq Məmmədzadədir. “Qarabağ”ın qolkiperi “Kəpəz”lə matçda iştirak edən zaman 17 yaş 9 ay 11 günlük olub. Ən yaşlı oyunçu isə Riçard Almeydadır. “Qarabağ”ın yarımmüdafiəçisi XIII turda “Zirə” ilə matçda meydana çıxan zaman 35 yaş 7 ay 21 günlük olub.

Kamil Əhməd

Seçilən
49
futbolpress.az

1Mənbələr