AZ

Bakıda yeni yerüstü nəqliyyat olacaq - Tıxac probleminə SON

Bakıda yerüstü relsli nəqliyyat sisteminin qurulması gündəmdədir və bununla bağlı yaxın illərdə konkret qərar veriləcəyi gözlənilir. KONKRET.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu barədə açıqlama verib. O, Bakının əsas prioritetinin yerüstü ictimai nəqliyyatın təkmilləşdirilməsi olduğunu bildirib. Hazırda şəhərdə avtobusların növləri dəyişdirilir və elektrik avtobusları gətirilir.

Nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edir ki, ictimai nəqliyyatın istifadəsinin artırılması ilə tıxacların və yolda keçən vaxtın azaldılması mümkündür. Bu səbəbdən yerüstü relsli nəqliyyatın bərpası vacibdir. Lakin bu sistemin həyata keçirilməsi üçün dayanıqlı maliyyə təminatı əsas şərtlərdən biridir.

Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirir ki, şəhərdə müxtəlif nəqliyyat vasitələrinin istifadəsi tıxacın azaldılmasına kömək edə bilər. Yeni gətirilən elektrikli avtobusların isə trolleybus funksiyasını əvəz etdiyini vurğulayıb.

Mövzu ilə bağlı ətraflı məlumatı təqdim etdiyimiz videomaterialda izləyə bilərsiniz.

Seçilən
18
bakuinfo.net

1Mənbələr