AZ

“Hraparak”: “Əhali acdır”

Ermənistanın nüfuzlu “Hraparak” qəzeti İrəvanda sorğu keçirib. Tribunainfo.az xəbər verir ki, sorğu əsasən ermənilərin faktiki sosial vəziyyətini əhatə edib.

Qəzet bu barədə yazır ki, şəhər əhalisinin bir qismi siyasətlə məşğul olmur. Onları siyasətdən daha çox, iqtisadi məsələlər maraqlandırır. Həmin sorğunun nəticələrinə əsasən qəzet belə qənaətə gəlib ki, Ermənistanda əhalinin böyük qismi acdır və dolanışığını qura bilmir. “İnsanlar ac olduqlarını, bir tikə çörək üçün çalışdıqlarını deyirlər”.

Maraqlı məqamlardan biri də budur ki, sorğuda iştirak edən ermənilərin böyük qismi Ermənistan rəsmilərinin heç də hamısını tanımırlar. Əhali arasında ən populyar şəxs isə bu ölkənin daxili işlər naziridir. “Əksəriyyət onu tanıyır”.

Seçilən
40
tribunainfo.az

1Mənbələr