AZ

Dünyada Azərbaycana qarşı ciddi qısqanclıq var – Razi Nurullayev

“Euronews” kanalının Bakıda keçirilən COP29 tədbiri ilə bağlı yaydığı məlumatın içində Azərbaycan adı bir dəfə çəkilir. Mətndə bu cümlə qeyd edilib ki, Ada dövlətlərinin zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də çıxış etdi və Fransanın o adalarda törətdikləri pislikləri qeyd etdi. Çıxışa müəyyən qədər mətn həsr edilib, Amma qısqanclıq aman vermir ki, tədbirin harada keçirildiyini yazsınlar.

Tribunainfo.az xəbər verir ki, bu barədə deputat Razi Nurullayev yazıb. O bildirib ki, dünyada ölkəmizə qarşı ciddi qısqanclıq var:

“Bu insan hüquqları və demokratiya məsələsinə bağlı deyil. Ömrümün böyük bir hissəsini beynəlxalq məsələlərlə bağlı keçirmişəm və keçirirəm, gördüklərim və təcrübəm deməyə əsas verir ki, Azərbaycanı gözləri götürmür və bu təssüf doğurur.

“BBC Azərbaycanca” dünən yeməyin qiyməti ilə bağlı hay-küy qoparıb. İki həftə öncə Azərbaycanın cənub bölgəsində olub talış qardaşlarımızla reportaj hazırlamışdılar və açıq-aydın görünürdü ki, əməlli-başlı ölkəmizin kökünü qazımaq istəyirdilər. Bu bağışlanmaz bir reportaj idi.

Tarix boyu ölkəmizdə yaşayan xalqlarla qardaş kimi yaşamışıq və yaşamaqda davam edirik. Biz hamımız Azərbaycan vətəndaşı və azərbaycanlıyıq.

“BBC Azərbaycanca”nın mövqeyi və reportajı tam olaraq separatizm toxumu səpmək idi. Təəssüflər olsun ki, rəsmi münasibətə rast gəlmədim.

Mən bütün media orqanlarını professional jurnalistika mövqeyi sərgiləməyə çağırıram”.

Seçilən
58
tribunainfo.az

1Mənbələr