AZ

COP inklüziv iştirakı təmin etmək üçün xüsusilə mühüm rola malikdir - Jacob Verksman

Bakı. Trend:

COP inklüziv iştirakı təmin etmək üçün xüsusilə mühüm rolamalikdir.

Trend xəbərverir ki, bu barədə Avropa Kommisiyası nümayəndəsi Jacob Verksmanmətbuat konfransı zamanı deyib.

"Avropa Komissiyası Prezidenti Ursula fon der Lyayen COP29-agəlmək istəyirdi. O, bundan öncəki, COP konfranslarında da iştirakedib. Ursula fon der Lyayen burada olmağı çox istəyirdi. Lakin o,eyni zamanda Brüsseldə, Aİ-nin 2050-ci ilə qədər xalis sıfıra doğrugetməsini təmin etmək üçün bir mandatın verilməsində xidmət edəcəkKomissarlar Kollecini bir araya gətirdiyi bir məqamda özvəzifələrini yerinə yetirməli idi", - o bildirib.

“Bu arada, təbii ki, daha əvvəl qeyd etdiyim kimi, COP29-da üzvdövlətlərin dövlət və hökumət səviyyəsində yüksək səviyyədəiştirakı, eləcə də Avropa Şurasının iştirakı mövcud idi. Hər hansıikitərəfli fikir ayrılıqlarından asılı olmayaraq, COP bütüntərəflərin gəlmək və iqlimlə bağlı fəaliyyətə dair danışıqlaraparmaq azadlığını hiss etdiyi bir yer olmalıdır.

COP sədrliyi, əlbəttə ki, tam və inklüziv iştirakı təmin etməkvə artırmaq üçün xüsusilə mühüm rola və məsuliyyətə malikdir”, -deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
17
1
az.trend.az

2Mənbələr