Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bəyan edib ki, 9 noyabr 2020-ci il tarixli bəyanatı imzalayan zaman yanında olanların fikri ilə maraqlanmayıb.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, Paşinyan həmin an məsuliyyəti öz üzərinə götürdüyünü bildirib:
“9 noyabr 2020-ci ildə bir çox həmkarlarım ofisimdə idilər. Mən dedim: “İndi məni heç kimin fikri maraqlandırmır, bu məsuliyyəti öz üzərimə götürürəm və mən də bu bəyanatı imzalayacağam” Başqa bir sual budur ki, mən bunu niyə etdim?”