AZ

"Rusiya və Şimali Koreya əməkdaşlığı dayandırmasa..." - Yoon Suk Yeoldan XƏBƏRDARLIQ

"Cənubi Koreya Rusiya və Şimali Koreyanın əməkdaşlığı davam etdirəcəyi təqdirdə müttəfiqləri ilə birlikdə Ukraynaya hərbi yardımı artırmağa hazırdır".

 

Sfera.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yoon Suk Yeol deyib.

 

“Əgər onlar təhlükəli hərbi əməliyyatlarını dayandırmasalar, biz müttəfiqlərimiz və həmfikir ölkələrlə əməkdaşlıq çərçivəsində müvafiq və təsirli tədbirlər görməyə, o cümlədən Ukraynaya yardımın artırılmasına hazırıq”,- o bildirib.

 

Onun sözlərinə görə, Şimali Koreya hərbçilərinin Rusiyanın xüsusi hərbi əməliyyatında iştirak etmək üçün göndərilməsi təkcə Koreya yarımadası və Avropa üçün deyil, həm də bütün dünya üçün ciddi təhlükəsizlik təhdididir.


Firuzə Əliyeva

 

Seçilən
32
sfera.az

1Mənbələr