AZ

Ağcabədidə şahmat turniri keçirilib

Ağcabədidə şahmat üzrə rayon turniri keçirib. Yarış Uşaq Gənclər İdman Şahmat məktəbinin binasında 80 nəfər şahmatçının iştirakı ilə baş tutub.

Yarışın açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Yarışın rəsmi hissəsində çıxış edən qonaqlar, turnirin təşkilində əsas məqsəd və vəzifələrdən danışıblar. Bildirilib ki, yarışın təşkilində əsas məqsəd, şahmat idman növünün inkişafı və şahmatçılar arasında sağlam həyat tərzinin təbliği olunmasından ibarətdir.

Turnirin yekununda qalib şahmatçılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

BƏHRUZ MUSAYEV

Seçilən
27
futbolinfo.az

1Mənbələr