AZ

Qafqaz ordularında intihar bolluğu: Narek Qriqoryanın və Anar Hüseynovun müəmmalı taleyi

Ermənistan əsgəri Narek Xaçatur Qriqoryanın meyiti asılmış vəziyyətdə tapılıb.

Adalet.az
xəbər verir ki, faktla bağlı Ermənistan İstintaq Komitəsinin Altıncı Qarnizonun İstintaq İdarəsində ER Cinayət Məcəlləsinin 522-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. İstintaq qrupu yaradılıb.

Qeyd edək ki, son 4 ildir həm Ermənistan, həm də Azərbaycan ordusunda intihar halları artıb. Azərbaycanda bu hal daha geniş vüsət alıb.  Beləki, noyabrın 6-da Azərbaycanın hərbi qulluqçusu, əsgər Anar Yolçu oğlu Hüseynov da özünü öldürüb. İstintaq davam edir, amma hələki səbəblər açıqlanmayıb.

 Yeri gəlmişkən, martda əsgər Musa Ehtiram oğlu Eyvazlının,  mayın 10-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlu və mayın 26-da Dövlət Sərhəd Xidmətinin  Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Canmirzə Çingiz oğlu Şirəliyev, iyunda Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Hacıyev Pərviz Azər oğlu ,əsgər Qəhrəmanov Ərşad Maarif oğlu iyulun 29-da , Vəli Asəf oğlu Abbasov sentyabrda, əsgər Novruz Gözəlov oktyabrda intihar ediblər. Siyahını yanvar ayından başlayaraq daha da uzatmaq olar.

Əntiqə Rəşid

Seçilən
40
adalet.az

1Mənbələr