AZ

Papa Fransiskin xahişini ilk Putin qəbul etdi: 20 milyard dollarlıq borcu bağışladı

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Azərbaycanda keçirilən BMT-nin Ä°qlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarına ünvanlandığı müraciəti təsirsiz qalmayıb.

Adalet.az xəbər verir ki, Rusiya Federasiyasının Afrika ölkələrinə olan 20 milyard dollarlıq borcunu bağışladığını Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov açıqlayıb.

Onun sözlərinə görə, bu vəsait yenidən maliyyələşdirmə proqramı vasitəsilə inkişaf layihələrinə yönəldiləcək, TASS yazır .Boqdanovun sözlərinə görə, bu yolla bu borclar “bu ölkələrdə sosial-iqtisadi layihələrin həyata keçirilməsi üçün” istifadə olunur.


Qeyd edək ki, Bakıda keçirilən BMT-nin Ä°qlim Dəyişikliyi Konfransında (COP29) Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Papa Fransiskin ətraf mühitin qorunması və ən yoxsul ölkələrə dəstək üçün təcili addımlar atmağa çağırdığı məktubu oxuyub:"Müqəddəs Ata inkişaf etmiş ölkələri keçmişin bir çox qərarlarının yükünü daşımağa və kasıb ölkələrin borclarını bağışlamağa çağırıb: “Bu, xeyriyyəçilikdən yox, ədalətdən gedir. Gecikməyə vaxt qalmayıb. Yaradılışın qorunması zəmanəmizin ən aktual problemlərindən biridir və bu, sülhün qorunması ilə qırılmaz şəkildə bağlıdır. Beynəlxalq qurumlardan məyusluq artdıqca, biz divarlar deyil, körpülər tikməliyik. Eqoizm – ayrı-ayrı, milli, hakim dairələr – inamsızlıq və parçalanma mühitini qidalandırır”.

P.S. Ümid edək ki, Fransa, Almaniya, Böyük Britaniya, Ä°taliya və sair yüksək inkişaf etmiş ölkələr də Papa Fransiskin bu müraciətindən təsirlənəcək.

 Æntiqə Rəşid

Seçilən
55
adalet.az

1Mənbələr