AZ

Azərbaycan COP29-u yüksək səviyyədə həyata keçirir



“Azərbaycan bütün təxribatlar, qarayaxmalara baxmayaraq COP29-u yüksək səviyyədə keçirir və bu qlobal tədbirə gözlənildiyindən daha böyük maraq, diqqət var”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə əngəl olmaq, onun çəkisini azaltmaq üçün çox cəhdlər edildi:

“Avropa və Qərbdə olan antiAzərbaycan dairələri, hansı ki, onlar həm də birbaşa erməni maraqlarına xidmət edirlər, hətta boykot çağırışları da etdilər. COP29-da iştirak etmək arzusunda olan və bunu təsdiq edən dövlət və hökumət başçılarına Azərbaycana getməmək üçün çağırışlar səsləndirdilər. Ancaq bütün bu cəhdlər, antiAzərbaycan kampnaiyasının heç bir nəticəsi olmadı. Əksinə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən dövlət başçıları və hökumət rəhbərlərinin sayı kifayət qədər çox oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin konfransın açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi boykotu təşviq edənlərə ən pis xəbər 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçının olması idi. Dövlət başçısının dediyi kimi onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər vardı. Beləliklə, Cənab Prezidentin dediyi kimi dünya Bakıya toplaşdı və Azərbaycan daha bir mötəbər tədbirə ən yüksək səviyyədə evsahibliyi etdi”.

Arzuman Muradlı qeyd edib ki, Azərbaycan belə bir mötəbər, qlobal əhəmiyyətli tədbirə yüksək səviyyədə evsahibliyi etməklə dünyanın diqqətini həm Bakıya, həm də qlobal iqlim problemlərinə yönəltmiş oldu:

“Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edir. Ölkəmiz bərpa olunan enerji mənbələrinə yönələn strateji təşəbbüslər və yaşıl enerji siyasətinin əsas təbliğatçısıdır. Eyni zamanda Bakı bu məsələnin yalnız milli səviyyədə deyil, beynəlxalq səviyyədə koordinasiyalı şəkildə həll olunmasını istəyir”.

İctimai Birlik sədri qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlıq, dünya ölkələrinin həmrəyliyi başlıca amildir:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də konfrnasın açılış mərasimində çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayırdı. İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edən dövlət başçısı bu məsələdə qlobal həmrəyliyin vacibliyini vurğuladı”.

Süleyman
Seçilən
45
newscenter.az

1Mənbələr