AZ

Üç qardaş evdə ölü tapıldı: Otaqdakı farsca qeydlər, yanmış kömürlər...

Antalyada kirayə qaldıqları evdə 3 qardaşın ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Publika.az xəbər verir ki, qardaşların ölü tapıldığı otaqda 9 səhifəlik farsca qeyd və kömürlər diqqət çəkib.

Gözəloba məhəlləsindəki yaşayış binasının sakinləri 8-ci mərtəbədəki mənzildən qoxu gəldiyini hiss edən kimi 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Bundan sonra əraziyə təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb edilib.

İlkin məlumata görə, qardaşların İran vətəndaşları olduğu müəyyən edilib. İranda borcu olduğu deyilən və bir müddət əvvəl Antalyaya işləmək üçün gələn qardaşların sonuncu dəfə oktyabrın 28-də İrandakı ailələri ilə telefonla danışdıqları bildirilib.

Seçilən
41
4
publika.az

10Mənbələr