AZ

Surenyants: Paşinyan niyə kommunikasiyalar mövzusunu gündəmə gətirir

“Azərbaycan və Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yolu tapa bilərlər. Biz bu təklifi yazılı şəkildə Azərbaycana çatdırdıq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli ekspert Suren Surenyants Paşinyanın dünən parlament tribunasından səsləndirdiyi bu fikrə diqqət çəkib.

“Qarşılıqlı razılıq əsasında sülh sazişindən çıxarıldığı halda kommunikasiyaların açılması məsələsi niyə gündəmdə prioritet məsələyə çevrildi? Mən bu mövzuya bir neçə dəfə toxunmuşam.

Bu məsələ və ya onunla bağlı fikir ayrılıqları müharibə üçün əsasdır və bu barədə razılaşmalar olmadan sülh müqaviləsinin imzalanmasını, davamlı sülhü təsəvvür etmək çətindir.

İddia edirəm ki, kommunikasiyaların açılması üçün hansı həll yolu tapılır-tapılsın, bu, 9 noyabr sənədinin 9-cu bəndində göstəriləndən daha az riskli ola bilməz”, - deyə erməni revanşist politoloq yazıb.

Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr