AZ

Baş Prokuror Kamran Əliyev BMT-nin Baş Katibinin Qanunun Aliliyi və Təhlükəsizlik Təsisatlari üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Noyabrın 14-də Baş prokuror Kamran Əliyev BMT-nin Baş Katibinin Qanunun Aliliyi və Təhlükəsizlik Təsisatlari üzrə köməkçisi Aleksandr Zuyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Baş prokuror Kamran Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu qeyd edərək tədbirin iqlim dəyişmələrinin mənfi təsirinə qarşı birgə mübarizəyə böyük töhfə olacağını bildirib.

Azərbaycanın BMT ilə sıx əməkdaşlığının olduğunu bildirən Kamran Əliyev Azərbaycanın BMT-nin iqlim, qanunun aliliyi və təhlükəsizliklə bağlı prioritetlərini hər zaman dəstəklədiyini qeyd edib.


COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər ekoloji cinayətlərin təqibində birgə əməkdaşlığın əhəmiyyətli olduğunu bildiriblər.


Aleksandr Zuyev səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı, COP29-un Azərbaycanın sədrliyi ilə yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirinə qarşı apardığı mübarizə işinin BMT tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
 
 



 

Seçilən
85
3
7news.az

10Mənbələr