AZ

Emin Mahmudovun durumu necədi? – “Hazırda qayıdıram “Neftçi”yə...”

Bilindiyi kimi, Emin Mahmudov zədə üzündən Estoniya ilə oyuna hazırlaşan yığmamızın heyətindən çıxarılıb.

32 yaşlı yarımmüdafiəçini İsmayıl İbrahimli əvəz edəcək. Bəs Mahmudov nə vaxt meydana qayıdacaq?

Son durumunu öyrənmək üçün Eminlə əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması:

“Zədə aldım. Təxminən 7-10 gündən sonra məşqlərə başlaya biləcəm. Məşq zamanı əzələmdə dartma oldu. Hazırda qayıdıram “Neftçi”yə. Orda bərpa keçəcəm”.

Qeyd edək ki, yığmamız Millətlər Liqası çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya, bundan 3 gün sonra isə Solnada İsveç millisi ilə qarşılaşacaq.

RÖYANƏ OĞUZ
Seçilən
32
football-plus.az

1Mənbələr