AZ

Azərbaycan buzlaqların qorunması və davamlı su idarəçiliyinə sadiqliyini bir daha təsdiqləyir - Muxtar Babayev

Bakı. Trend:

Azərbaycan regional tərəfdaşlarımızla həmrəy olaraq, buzlaqlarınmühafizəsi və su ehtiyatlarının davamlı idarə olunmasınasadiqliyini bir daha təsdiqləyir.

Trend xəbər verirki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-unprezidenti Muxtar Babayev “Mərkəzi və Qərbi Asiyada buzlaqlarınəriməsinin qarşısını almaq üçün iqlim dəyişikliyi və regionaləməkdaşlıq” mövzusunda keçirilən panel müzakirəsində deyib.

"Həmtəşkilatçılarımıza Asiya İnkişaf Bankına və Yaşıl İqlimFonduna zəmanəmizin ən aktual problemlərindən birini - buzlaqlarınəriməsi və onun geniş yayılmış nəticələrini həll etmək üçün bizibir araya gətirdiklərinə görə təşəkkür edirəm. Bu görüş Qafqaz vəMərkəzi Asiya regionlarında iqlim zəifliyini aradan qaldırmaq üçünbizim birgə qətiyyətimizi nümayiş etdirir", - o deyib.

Onun sözlərinə görə, Böyük Qafqazın buzlaqlarından tutmuş genişkənd təsərrüfatı düzənliklərinə qədər uzanan bölgə buzlaqların geriçəkilməsi ilə bağlı artan risklərlə üzləşir. Bu kritik şirin suehtiyatları sürətlə tükənir, su qıtlığına, səhralaşmaya və kəndtəsərrüfatı məhsuldarlığının azalmasına gətirib çıxarır, yaşayışvasitələrinə və ekosistemlərə ciddi təsir göstərir.

"Mənim qənaətimcə, biz su resurslarının idarə olunmasınıprioritet məsələ səviyyəsində müəyyən etməliyik. Bununla yanaşı,stabil iqlim infrastrukturunun yaradılması, transsərhəd çaylarınınekoloji cəhətdən təmizliyi eləcə də dialoq və əməkdaşlığınmöhkəmləndirilməsi istiqamətindəki səylərimizi daha daaktivləşdirməliyik. Hesab edirəm ki, COP29 səylərin birləşdirilməsivə iqlim dəyişikliyi sahəsində konkret fəaliyyətlərin müəyyənolunması üçün mühüm platformadır. Bununla biz həm də regional sutəhlükəsizliyinin qorunması, habelə yeni nəsillər üçün dahadayanıqlı gələcəyin formalaşmasına da töhfə verə biləcəyik", -Muxtar Babyev vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan “Buzlaqlardan təsərrüfatlara”(G2F) transformasiya regional proqramını dəstəkləyir. Bu proqrambuzlaqların əriməsi ilə mübarizə, iqlimə davamlılığı artırmaq vəicmalarımız üçün ərzaq və su təhlükəsizliyini təmin etmək üçünperspektivli həll yoludur.

"Azərbaycanda müvafiq uyğunlaşma tədbirlərini əsas sektorlarainteqrasiya edən Milli Uyğunlaşma Planı hazırlanıb. Biz transsərhədəməkdaşlığı və dialoqu təşviq etməklə yanaşı, su idarəçiliyinə,iqlimə davamlı infrastruktura və davamlı torpaq təcrübələrinəüstünlük verməliyik", Babayev əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
60
3
az.trend.az

4Mənbələr