AZ

“Ukraynadakı müharibənin necə bitəcəyinə Kiyev administrasiyası qərar verə bilər” - NATO-nun baş katibi

“Ukraynada davam edən müharibənin necə bitəcəyi ilə bağlı qərarı yalnız Kiyev administrasiyası verə bilər”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Latviya Prezidenti Edqars Rinkeviçlə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

Rutte Rusiya prezidenti Vladimir Putinin Ukraynanın enerji infrastrukturunu hədəfə alaraq qışdan "silah kimi istifadə etməyi" hədəflədiyi barədə xəbərdarlıq edərək, Kiyevə dəstək vermənin təkcə Ukraynanın suverenliyi üçün deyil, həm də Avropa və transatlantik təhlükəsizliyi üçün vacib olduğunu bildirib.

Rusiya ilə istənilən sülh danışıqlarının Ukraynanın şərtlərinə uyğun aparılmalı olduğunu deyən alyansın baş katibi bu cür dəyərləndirmə edib:

"Yalnız Ukrayna hökuməti Rusiya ilə bu müharibəni necə bitirmək barədə danışıqlara başlamaq qərarı verə bilər, lakin onlar bunu güclü mövqedən görməlidirlər. Ona görə də biz Ukraynaya müdafiə yardımı göstərməyə davam etməliyik ki, onların bu müharibəni necə bitirəcəyinə əmin olaq", - deyə siyasətçi vurğulayıb.

Rutte qeyd edib ki, bizim ABŞ-yə, ABŞ-nin da bizə ehtiyacı var: 

“ABŞ və Avropa arasında əməkdaşlığa əsaslanan güclü NATO həm regional, həm də qlobal sabitlik üçün vacibdir”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
48
27
missiya.az

10Mənbələr