AZ

Qayınata hamilə gəlini döydü, uşaq tələf oldu — TƏFƏRRÜAT

Yevlax rayonunda 1964-cü il təvəllüdlü Zahid ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı gəlini Nəcibəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 2-də Yevlax rayonunun kəndlərindən  birində baş verib. Zahid kənddə yerləşən yaşadığı iki mərətbəli fərdi yaşayış evində onunla birlikdə yaşayan gəlini Nəcibə ilə aralarında mübahisə yaranıb. Mübahisəyə səbəb Zahidin gəlinin internet ötürücü modemi elektrik cərəyanından ayırmasına görə olub. Aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən gəlinin vurub. Qayınata gəlininə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Zahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Yevlax rayonun kəndində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir: “Kəndə öz evimdə həyat yoldaşım Sevil, oğlum Saleh və gəlinim Nəcibə ilə birgə yaşayıram. Mən evdə otağın işığını düzəldərkən gəlinim işığı yandırdı. Mən modem aparatını qoşmaq istəyərkən mane oldu. Gəlinimə dedim ki, otağın işığını düzəldirəm, işığı yandırma. Ancaq gəlinim əməlindən geri dönmədi və əlinə keçən oyuncağı mənə tərəfə atdı, məni təhqir etdi. Həyat yoldaşım Sevil səs-küyü eşidərək nəyə görə mübahisə elədiyimizi gəlinim Nəcibədən soruşdu. Bu zaman Nəcibə bizə əsəbləşərək təhqir etdi. Mən də buna dözməyərək, evi tərk etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir qədər sonra oğlu Saleh ona zəng edib, qudaları – Şahin və Şahnazın evlərində olduğunu bildirib: “Mən də evə gələrək qonaqlara Nəcibənin mənimlə mübahisə etdiyini. Məni təhqir etdiyini bildirdim. Daha sonra qudalarım bizim ayrı yaşamağımızı, oğlumla gəlinimə ev almağımı tələb etdilər. Mən isə evin 2 otağını verə biləcəyimi, Yevlax şəhərindən ev almaq imkanım olmadığını bildirdim. Qudalarım isə mənimlə razı olmadı. Gəlinim Nəcibə ilə mübahisə etdiyimə görə şikayət edəcəyini bildirdilər. Hadisədən sonra mən oğlumla gəlinimi görməmişəm. Əməlimdən peşmanam, zərərçəkmişlə barışmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nəcibənin sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir: “Mən Yevlax rayonunun kəndində qayınatam Zahid, qayınanam Sevil, həyat yoldaşım Saleh və oğlum Zaurla birlikdə yaşayıram. Qayınatam məni döydükdən sonra öz istəyim ilə evdən çıxdım”. 

Zərərçəkmiş qeyd edib ki, günorta saat 14 radələrində Yevlax rayonunun kəndində qayınatasıgildə yaşayarkən qayınatası Zahid onu evin ikinci mərtəbəsində döyüb: “Ancaq iki aylıq hamilə olduğumu bilmirdim. Halbuki internet aparatını mən keçirtməmişəm, vaxtı bitib. Zahid məni döyərkən evin birinci mərtəbəsində qayınanam  da o arada idi və o səsləri eşidirdi. Qayınatam modem aparatını divara çırpdı. Mənə iki şillə və bir yumruqla başımdan vurdu. Mən Zahidin əlindən qaçaraq aşağı evin birinci mərtəbəsinə düşdüm və qayınanam da məni görərək təhqir etdi. Qayınatam arxamca aşağı düşərək saçımdan tutaraq məni sürümək istəyərkən betonun üstünə kürəyi üstə yıxıldım. Başım stola dəydi və uşağım tələf oldu. Dərhal ayağa qalxaraq kömək məqsədilə küçəyə çıxdım. Küçədə heç kimi yox idi. Bu zaman qayınatamın maşına minərək evdən getdiyini gördüm. Dərhal evə qayıdaraq ikinci mərtəbəyə qalxdım və uşağı götürərək qonşuya getdim. Yoldaşıma, atama, anama zəng edərək onları qonşugildə gözlədim”.

Zərərçəkmiş bildirib ki, daha sonra həyat yoldaşı Saleh, atası Şahin, anası Şahnaz onu gələrək onu qonşudan götürüblər və qayınatasının evinə aparıblar: “Qayınatamla qayınanam və bizim qohumlarımız ilə birgə bu məsələ barəsində evdə söhbət etdilər. Zahid və Səbinə bizə sahə və mallarını sataraq şəhərdən ev alacağını dedilər. Mən isə buna razı oldum. Lakin uşağımın tələf olmağına görə dəfələrlə özümü narahat hiss etdim. Ancaq qayınatam verdiyi vədləri yerinə yetirmədi. Mən də Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qayınatamdan şikayətçi oldum”. 

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Zahidin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
6
1
demokrat.az

2Mənbələr