https://www.youtube.com/watch?v=I9I8uluCKYY“Boris Titov: Biz hamımız Yer kürəsinin və onun iqlimində baş verəcək dəyişikliklərin girovuyuq. Və buna hazır olmalıyıq”
Rusiya nümayəndə heyətinin fəal iştirak etdiyi BMT-nin iqlim konfransı Bakıda öz işini davam etdirir. Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov “Moskva-Baku” portalına müsahibəsində COP29-da Rusiya nümayəndə heyətinin hansı təkliflərlə çıxış etdiyini izah edib. O, eyni zamanda bir sıra ekoloji məsələlərə də münasibət bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Bakıya gəlməzdən əvvəl dediniz ki, Moskva COP29-da beynəlxalq karbon bazarının yaradılması ilə bağlı təkliflərini təqdim edəcək. Bu təkliflər haqqında bizə ətraflı məlumat verə bilərsinizmi?
- Bilirsiniz, bu təkliflərin bəziləri artıq həyata keçirilib və ilk növbədə Azərbaycan tərəfinə- COP29-un sahiblərinə təşəkkürlər, çünki onlar tərəfdaşları Paris Sazişlərinin 6-cı maddəsinə əsasən 2 sənəd imzalamağa inandıra biliblər. Əslində, bu, prototip olacaq və karbon bazarlarının inkişafı üçün fürsət yaradacaq. Hansı ki, çox uzun müddət dayandı. İndi isə bu sənədlər əsasında bu karbon bazarlarının həm dövlət səviyyəsində, həm də şirkətlər və sahibkarlar üçün necə işləyə biləcəyi barədə ciddi düşünə bilərik.
Biz də bunu BMT-yə üzv olan bütün ölkələr səviyyəsində etməyə çalışırıq ki, bunun da təbii ki, çətinlikləri var və ona görə də bunu bizə ruhən yaxın olanlarla, eyni ruhu olanlarla etmək daha yaxşıdır. İqtisadi inkişafın bir çox məsələlərini başa düşmək. Ona görə də biz vahid karbon bazarının yaradılmasını təklif edirik və bu gün biz Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində bu təşəbbüs üzərində xüsusi işləyirik. Azərbaycan bu dialoqda iştirak edən ölkədir. Biz onunla, dialoqun digər iştirakçıları ilə, ŞƏT-in üzvü olanlarla danışıqlar aparırıq. Bu, ölkələrimizə təsir edən ilk belə ciddi dəyişiklik olardı.
Avropa İttifaqı artıq belə bir bazar yaradıb, lakin onlar karbon vergisi ilə özlərini tikanlı məftillərlə hasarlayıblar ki, onlar karbohidrogenləri onlara ixrac etmək üçün başqa ölkələrdən götürəcəklər, həm də karbohidrogenləri olan bir sıra məhsullardan. Biz isə bütün ölkələrin eyni dərəcədə maraqlı olduğu bərabər bazar yaratmaq istərdik. Beləliklə, emissiyaları azaltmaq üçün yaşıl layihələr və ya sadəcə ətraf mühit layihələri bir ölkədə həyata keçirilə bilər və onlar hələ öz məhsullarının karbon izini azaltmağa gücü çatmayan şirkətlər tərəfindən maliyyələşdirilə və satın alına bilər. İndi eyni iş BRICS çərçivəsində aparılır.
Bu gün biz hər gün COP29-da milli nümayəndələr və nümayəndə heyətləri ilə ŞƏT və BRİKS çərçivəsində karbon bazarı yaratmaq üçün tərəfdaş ölkələr şurasının yaradılması haqqında danışırıq.
- COP29-da Azərbaycanda “güzgü” karbon lifi sınaq poliqonunun yaradılmasına dair memorandum imzalanıb. Sizcə, Rusiya ilə Azərbaycan arasında daha hansı layihələr müzakirə oluna və həyata keçirilə bilər?
- COP29-da müəyyən layihələri müzakirə edən çoxlu sayda şirkətlər, ictimai birliklər, qeyri-kommersiya tərəfdaşları var. Buraya biomüxtəliflik və müxtəlif alternativ enerji növləri daxildir. Bu gün düşünürəm ki, planetimizin indiki kimi tez istiləşməsinin qarşısını ala biləcək bir çox potensial layihələr var. Demək istəyirəm ki, biz adaptasiya ilə bağlı layihələrə daha çox diqqət yetirməliyik, çünki bu dəyişikliklər hələ də davam edir. Biz bundan qaçmayacağıq və buna görə də buna hazır olmalıyıq.
Uyğunlaşma layihələrinə çox az pul ayrılır. BMT-nin yaratdığı fond pulla doldurulmur, onun cəmi 10%-i var. Ona görə də biz bu istiqaməti çox vacib hesab edirik. Azərbaycan Xəzərin başına gələnləri yaxşı bilir və bundan başqa, torpaqların səhralaşması gedir. Biz hamımız Yer kürəsinin və onun iqlimində baş verəcək dəyişikliklərin girovuyuq. Və buna hazır olmalıyıq. İqlim dəyişikliyinin xəbərdarlığının, monitorinqinin, proqnozlaşdırılmasının vahid sistemi - bütün bunlar bütün dünya və ya ən azı bir qrup ölkə - tərəfdaşlarımız üçün işləməlidir.
Tərcümə - Elçin Bayramlı
Videomüsahibəyə buradan baxa bilərsiniz