AZ

Borel Avropa İttifaqını hərbi bloka çevirməyə çağırdı


“Amerika administrasiyasındakı dəyişiklik iqtisadi Avropa İttifaqının təcili olaraq NATO-nu tamamlayan hərbi Avropa İttifaqına (Aİ) çevrilməsini tələb edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Cozef Borel Avropa Parlamentində Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra Brüssel və Vaşinqton arasında münasibətlərə dair dinləmələrdə bildirib.
“Trampın yenidən seçilməsi bizə aydın göstərməlidir ki, Avropa öz təhlükəsizliyini gücləndirməli və öz müqəddəratını öz əlinə almalıdır. Avropa İttifaqı artıq iqtisadi ittifaq deyil, ya da, təkcə iqtisadi ittifaq deyil. Avropa İttifaqı ambisiya nümayiş etdirməli və öz hərbi strategiyasını hazırlamalıdır. Avropa İttifaqı hərbi rol oynamalıdır”, - Aİ diplomatik xidmətinin rəhbəri qeyd edib.
Onun sözlərinə görə, artıq “NATO təhlükəsizliyimizi qorumalı və Aİ yalnız iqtisadi məsələlərlə məşğul olmalıdır” demək kifayət deyil.
Seçilən
52
yeniavaz.com

1Mənbələr