AZ

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün……-DƏHŞƏTLİ HADİSƏ

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər tərəfindən zorlanıb.

NOCOMMENT.az yerli Nemolchi.uz saytına istinadla xəbər verir ki, sentyabrın 23-də vilayətin İştıxan rayonunda məktəbli qız qaçırılıb. Yaxınlarının dediyinə görə, bir müddət sonra qızlarının tezliklə qayıdacağına ümid edərək itkin düşən uşaq haqqında ərizə veriblər. Qız yalnız oktyabrın 6-da bədənində zorakılıq əlamətləri ilə tapılıb. Onun sözlərinə görə, o, bir neçə gün döyülüb, spirtli içki və qeyri-qanuni maddələr qəbul etməyə məcbur edilib, iradəsindən kənar saxlanılıb və zorlanıb. Ailə qızı həkimə aparıb.

Özbəkistan Daxili İşlər Nazirliyindən mediaya verilən məlumata görə, faktla bağlı Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 119-cu maddəsinin 3-cü hissəsi ilə cinayət işi açılıb, zorakılığın bütün iştirakçılarının şəxsiyyəti müəyyən edilib, müvafiq məhkəmə və tibbi ekspertiza təyin edilib”.

Qızların yaxınları deyir ki, iş cəmi bir-iki gün əvvəl açılıb. Onların dediyinə görə, zorlayanlar arasında prokurorluqda işləyən (amma geri tarixlə işdən çıxarılan) bir nəfər də olub. Ona görə də zərərçəkən qızın yaxınları düşünürlər ki, cinayət işininn bu qədər gec açılmasının səbəbi budur.

Baş Prokurorluqdan UzNews.uz-a verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri zamanı şübhəli bilinən 9 nəfər müəyyən edilib, onlardan 8 nəfəri prosessual qaydada tutulub. Şübhəlilərdən birinin tutulması istiqamətində işlər davam etdirilir.

O da məlum olub ki, şübhəlilər arasında bu il oktyabrın 30-da rayon prokurorunun əmri ilə prokurorluqdan xaric edilən Koşrabad rayon prokurorluğunun məsul işçisi də var.

Mətbuatın müdaxiləsindən sonra qalmaqala çevrilmiş cinayət işinin istintaqının Baş Prokurorluğun nəzarətində olduğu bildirilir.\\Musavat.com

Seçilən
31
nocomment.az

1Mənbələr