AZ

Qızılın qiyməti şok məbləğdə ucuzlaşdı – Ekspert

Qızılın qiymətində ucuzlaşma dünya bazarında da öz əksini tapıb. Satıcıların sözlərinə görə, qızılın qiymətində 8 manat ucuzlaşma müşahidə olunub.

Dünya üzrə ekspertlər qızılın bahalaşmasını praqnozlaşdırdığı bir zamanda gözlənilən nəticələr əksinə olub.

Tribunainfo.az-a açıqlama verənən iqtisadçı Elçin Məmmədov bildirib ki, qızılın qiymətinin son günlərdə düşməsi dollar üzrə faiz dərəcələrinin daha az templə azalması gözləntiləri fonunda müşahidə edilir.

“Belə ki, dollar üzrə faiz dərəcələrinin yüksək qalması qızıla alternativ olan aktivlərin, xüsusilə də Amerika dövlət istiqrazlarını daha cəlb edici investisiya alətinə çevirir. Bu şəraitdə investorlar qızılı satıb, əldə olunam vəsaitləri bank depozitlərinə, dövlət istiqrazlarına və digər gəlir gətirən maliyyə aktivlərinə yönəltməyə üstünlük verirlər”.

Dəniz

Seçilən
51
tribunainfo.az

1Mənbələr