“Azərbaycan” və “Xalq qəzeti” neçə gündür qəzet köşklərində yoxdur.
News365.az-ın əldə etdiyi məlumata görə hələ yaxın iki gündə də qəzetlərin işıq üzü görəcəyi gözlənilmir. Ən yaxşı halda qəzetlər noyabrın 17-də oxucularla görüşə gələcəyi deyilir.
Ölkəmizdə COP29 kimi mötəbər bir tədbirin keçirildiyi günlərdə dövlətin 2 əsas nəşrinin kənara çəkilməsi, özlərinə bayram elan etmələri heç cür başa düşülən deyil. Çünki, COP29- a bütün dünya diqqət kəsilib. Bəs, “Azərbaycan” və “Xalq qəzeti” belə mötəbər və əlamətdar tədbir günlərində niyə kənara çəkilib? Bax, bu anlaşılan deyil...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
News365.az