AZ

ABŞ Ədliyyə Nazirliyi Trampın növbəti fikrini dəlilik adlandırdı

ABŞ seçkilərində qalib gələn Donald Trampın konqresmen Metta Qetsin Ədliyyə Departamentinin rəhbəri və Baş Prokurorluq vəzifəsinə namizədliyini irəli sürmək təklifi departament əməkdaşlarını şoka salıb.

Qaziler.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Tramp çərşənbə günü Qets üçün təklifini açıqlayıb. “NBC News”un məlumatına görə, bu xəbərinortaya çıxmasından sonra nazirliyin baş qərargahının dəhlizlərində tutqun ab-hava hökm sürür.

“Nə baş verir? ” və “Söz tapmaqda çətinlik çəkirəm” - bu kimi ifadələr sorğuda iştirak edən Ədliyyə Nazirliyinin əməkdaşları arasında eşidilib. Onlardan biri Getsin özünün cinayət təhqiqatının predmeti olduğunu xatırladıb və buna görə konqresmenin baş prokuror vəzifəsi üçün “unikal keyfiyyətlərə malik olmasını” lağa qoyub.

Kanal idarənin keçmiş yüksək vəzifəli məmurunun sözlərini sitat gətirir: “O, indiyədək Ədliyyə Nazirliyində vəzifəyə irəli sürülən ən az ixtisaslı şəxsdir”.

Məlumatda qeyd edilib ki, Getsin işində 17 yaşlı bir qızın cinsi köləliyə məcbur edilməsi ilə nəticələnən cinayət sxeminin araşdırıldığı bildirilir. 2023-cü ildə Ədliyyə Departamenti konqresmenlə bağlı təhqiqatı dayandırmaq qərarına gəlib.

QAZİLER.AZ

Seçilən
23
qaziler.az

1Mənbələr