AZ

COP29-da Sinqapur pavilyonu yaradıldı - FOTO

COP29-da beynəlxalq əməkdaşlığa dəstək olmaq və birgə iqlim tədbirlərinin keçirilməsinə şərait yaratmaq üçün Sinqapur pavilyonu yaradılıb.   Manset.az Report-a istinadən xəbər verir ki, stendin təşkilat komitəsinin rəhbəri Tay Yuan Sherng bildirib ki, ölkəsi artıq üç ildir COP tədbirində pavilyon qurur. O qeyd edib ki, “Ortaq İqlim Görüşümüzü Birlikdə Gerçəkləşdirmək” adlı COP29 Sinqapur Pavilyonu proqramları bilik mübadiləsi, tərəfdaşlıqların inkişafı və iqlim həllərinin nümayişini asanlaşdırmağı əsas hədəf kimi qarşıya qoyub. T.Y.Sherngin sözlərinə görə, İqlim Gəncləri İnkişaf Proqramının 20 gənc nümayəndəsi, Dayanıqlıq və Ətraf Mühit Nazirliyi, Milli İqlim Dəyişikliyi Katibliyi və Milli Gənclər Şurasının birgə təşəbbüsü ilə COP29 Sinqapur Pavilyonunda dörd proqram həyata keçiriləcək.

O, sonda bütün ölkələri bir yerə toplamaqla iqlim fəaliyyətini müzakirə etmək üçün önəmli tədbirlərdən birinə ev sahibliyi edən Azərbaycana təşəkkür edib.

Seçilən
45
manset.az

1Mənbələr