AZ

Qızını məcburi ərə vermək istəyən ata istintaqa cəlb edildi

Azərbaycanda qızını məcburi ərə vermək istəyən ata haqqında tədbir görülüb.

"Cebheinfo.az" xəbər verir ki, bu haqda “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

Mehriban Zeynalova qeyd edib ki, atası tərəfindən ərə getməyə məcbur edilən qız sığınacağa müraciət edib:

"Bir gənc qız dəfələrlə sığınacağın "İnstagram" hesabına bu barədə yazıb. Təəssüf ki, mesajı spama düşmüş və görə bilməmişdik. Bu gün o, rəy bölməsində yazdı və təcili ona cavab verməyimizi xahiş etdi. Qızın mesajlarını oxuyanda həqiqətən dəhşətə gəldik. Atasının ona qarşı etdiyi əməlləri burada təsvir etmək mümkün deyil. 

Qız evdən sığınacağın "İnstagram" hesabına gizli şəkildə yazıb. O, bu məsələni dəfələrlə anasına deyib, lakin anası ona inanmayıb və hadisələri ört-basdır etməyə çalışıb. Qızın atası onu yaxın günlərdə zorla ərə verməyə hazırlaşırmış. Biz qıza söz verdik və ona kömək edəcəyimizi bildirdik".

Mehriban Zeynalova qeyd edib ki, qızın müraicətindən sonra onlar Daxili İşlər Nazirliyinə müraciət ediblər:

"Düşünürdük ki, COP29 tədbirinə görə müraciətimiz ləngiyəcək. 

Lakin cəmi 15 dəqiqə ərzində rayonda yaşayan qızı necə xilas etdiklərini və bunu heç bir şübhə oyatmadan etdiklərini görəndə heyran qaldıq".

Məlumata görə, atanın əməllərinə görə istintaq başlanılıb və qız iki əməkdaşın müşayiəti ilə sığınacağa göndərilib. 

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr