AZ

İki ölkə 53 ildən sonra əlaqələrini bərpa edir

İki

Pakistan yük gəmisinin Banqladeş limanına yanaşması ilə 1971-ci ildən bəri ilk dəfə iki Cənubi Asiya ölkəsi arasında birbaşa dəniz ticarəti həyata keçirilib.

Reyting.az
xəbər verir ki, yük gəmisi Pakistanın Kəraçi şəhərindən yola düşüb və Banqladeşin Çittaqonq limanına yanaşıb. Beləliklə, iki ölkə arasında 1971-ci ildən bəri ilk dəfə olaraq birbaşa dəniz ticarəti qurulub.

Gəminin limana yanaşması əhalisinin əksəriyyəti müsəlman olan iki ölkə arasında ticarət əlaqələrinin yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Xatırladaq ki, Banqladeş 16 dekabr 1971-ci ildə Pakistandan müstəqillik qazanıb.

Qeyd edək ki, Çattoqram limanı ilə Pakistanın Karaçi limanı arasında dəniz əlaqəsi olmadığı üçün ticarət Sinqapur və digər qonşu limanlar vasitəsilə həyata keçirilirdi.

Əlavə edək ki, 2024-cü il avqustun 5-də ölkəni tərk edərək Hindistana gedən keçmiş baş nazir Şeyx Hasina Vacidin hökumətinin istefasından sonra Banqladeşlə Pakistan arasında münasibətlərdə yaxşılaşma var. 2018-ci ildən bəri iki ölkə arasında birbaşa uçuşlar yoxdur. İslamabad administrasiyası Kəraçi ilə Dəkkə arasında birbaşa uçuşların başlamasını istəyir.

V. QULİYEV
Seçilən
7
reyting.az

1Mənbələr