AZ

İtaliya su altında: 6 saata 6 ayın yağışı yağdı

İtaliyanı güclü yağışlar vurub.

Publika.az İtaliyanın "Cosenza" telekanalına istinadən xəbər verir ki, Toskana və Emiliya-Romanya bölgələrindən sonra Silisia su altında qalıb.

Giarre kommunasında cəmi 6 saat ərzində 400 mm yağış yağıb. Adətən bu miqdarda yağıntı altı ay ərzində düşür.

Telekanal qeyd edir ki, palçıq və su bölgəni “zəbt edib”. Sürüşmə ilə birləşən yağışlar şəhər küçələrini çaylara çevirir, maşınları, hətta qayıqları da aparır. Bundan başqa, futbol matçları da ləğv edilib.

Siciliyada daşqın yollara ziyan vurub və qəfil leysan dolu ilə müşayiət olunub. Fövqəladə hallar xidməti daimi hazırlıq vəziyyətindədir və itkilər barədə hələlik məlumat yoxdur.

Seçilən
74
publika.az

1Mənbələr