AZ

Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahı təkzib edir: İlyinka və Kupyanskla bağlı yayılan məlumatlar yalandır

Donetsk vilayətində İlyinkanın işğalı və Xarkov vilayətindəki Kupyanska işğalçıların daxil olması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Editor.az bildirir ki, bunu Ukraynanın Operativ Silahlı Qüvvələri Baş Qərargahına istinadən Telegram-da yazıb. “İlyinka kəndinin işğalı və Rusiya qoşunlarının Kupyansk şəhərində olması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, – deyə məlumatda bildirilir. Dünən Ukrayna əsgərləri düşmənin Kupyanska doğru irəliləməsini dayandırıb, onun bütün zirehli texnikasını və canlı qüvvəsinin əhəmiyyətli hissəsini məhv edib.

“Kupyansk tamamilə Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altındadır”, – mesajda deyilir. Eyni zamanda, Donetsk vilayətindəki İlyinka qəsəbəsi də Ukraynanın nəzarətindədir. “Onun kənarında düşmənlə döyüşlər daim davam edir, lakin bölmələrimiz öz mövqelərini möhkəm saxlayırlar”, – mesajda vurğulanır.

//Samir Qurbanov, Editor.az

Seçilən
55
editor.az

1Mənbələr