AZ

“Allah eləməsin ki, Belarusun prezidenti qadın olsun” – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti maraqlı açıqlamaları ilə diqqət mərkəzinə gəlib.

“AzPolitika” “BelTA” agentliyinə istinadla xəbər verir ki, A.Lukaşenko Belarusa qadın prezidentin başçılıq etməsi variantının əleyhinə olduğunu deyib və bunu istisna edib: “Allah eləməsin ki, Belarusda qadını (prezident) seçsinlər. ABŞ prezidentinin səlahiyyətləri başqadır, amma burada hər şeyin dərinliyinə getmək lazımdır, burada prezident Ali Baş Komandandır. Sonra da bu, ən çətin işdir. Qadını belə yükləməyə ehtiyac yoxdur. Bu, mərasim vəzifəsi deyil. Ola bilsin ki, zaman keçdikcə biz də bu üsluba gələcəyik. Amma hələlik vəziyyət başqadır. Mən qadınların qarşısında baş əyirəm və onların rolunu heç də aşağılamıram. Ancaq onlar sadəcə, yanımızda olmalıdırlar".

“AzPolitika.info”

Seçilən
82
11
azpolitika.info

10Mənbələr