AZ

Malayziya şirkəti Bakı Limanında günəş qurğusu quraşdıracaq

Sabah "Bakı Limanı" QSC Malayziyanın “Citiqlobal” şirkəti ilə COP29 çərçivəsində Bakı Limanında 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun yaradılması ilə bağlı müqavilə imzalayacaq.

APA xəbər verir ki, bunu QSC-nin Baş direktoru Taleh Ziyadov COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda bildirib.

"Layihə tamamlandıqdan sonra obyekt karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan mənbələrdən istifadə vasitəsilə enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş Bakı Limanının Yaşıl Liman sahəsindəki statusuna töhfə verəcək", - deyə T.Ziyadov əlavə edib.

Mirvari Əzizova

Seçilən
24
3
apa.az

7Mənbələr