Fransa kraliçası Mari Antuanettanın 18-ci əsrə aid nadir brilyant boyunbağısı gözləntiləri aşaraq rekord qiymətə satılıb.
İndex.az xəbər verir ki, təxminən 300 karat ağırlığında olan və 500 köhnə mədən brilyantından ibarət olan bu tarixi əsər “Sotheby’s”in Cenevrədəki “Kral və Soylu” hərracında təklif edilib.
Vaxtilə aristokratiyaya məxsus olan və kral mərasimlərində taxılan boyunbağının 1,7-2,6 milyon avroya satılacağı gözlənildiyi halda, dəyərini qat-qat artıraraq 4,5 milyon avroya satılıb.
“Sotheby’s” zərgərlik mütəxəssisi Andres White Correal, boyunbağının axşam saatlarında adı açıqlanmayan bir qadın alıcıya satıldığını deyib.