"Neftçi" heyətini iki yeni basketbolçu ilə gücləndirib.
İdman.biz xəbər verir ki, Bakı təmsilçisi amerikalı oyunçular Derrel Camal Brentli və De Ancelo Uilyam Stüart ilə rəsmi müqavilə imzalanıb.
Onlar mövsümün sonunadək “ağ-qara” formanı geyinəcəklər.
Mövsümə uğursuz başlayan komanda bu gün Ayzeya Lyuis, Alonzo Kempbel, Broderik Robinson və Bobi Harvinin müqaviləsinə xitam verib. Həmçinin, baş məşqçi Anar Sarıyevlə də yollar ayrılıb.
İdman.biz